Mourinyo Yasin Özcanı istəyir

Mourinyo Yasin Özcanı istəyir
28.11.2024 13:25
Aa
dəq

"Fənərbaxça" zədələnərək mövsümü başa vuran müdafiəçi Jayden Oostervoldenin boşluğunu doldurmaq üçün hərəkətə keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul klubu müdafiəni yerli futbolçu ilə gücləndirmək istəyir.

Hədəf "Kasımpaşa"nın gənc ulduzu Yasin Özcandır.

Gənc ulduz baş məşqçi Joze Mourinyonun istədiyi kimi həm sol müdafiəçi, həm də sol cinah müdafiəçisi kimi çıxış edə bilir.

Kasımpaşa ilə müqaviləsi 2029-cu ildə bitəcək Yasinin bu təklifə müsbət yanaşdığı öyrənilib.

Bu mövsüm 13 matçda meydana çıxan Yasin Özcanın nə qolu, nə də assisti var.

Həftənin ən çox oxunanları