“Fənərbaxça” Ceyden Oostervoldenin mümkün ayrılığı halında alternativ futbolçu müəyyənləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, “sarı-göylər” hollandiyalı müdafiəçi üçün 20 milyon avro təklif gələrsə, onun transferinə razılıq verəcək.
Klub rəhbərliyi Oostervoldeninin yerinə “Bayern Münxen”in yaponiyalı müdafiəçisi Hiroki İtonu transfer etməyi planlaşdırır.
Bildirilir ki, “Fənərbaxça” artıq oyunçu ilə ilkin əlaqə saxlayıb və 28 yaşlı futbolçunun şərtlərini öyrənib.
Məlumata görə, İstanbul təmsilçisi Hiroki İtonu alış opsiyonu ilə icarəyə götürmək variantını nəzərdən keçirir.
Hazırda “Bayern”də stabil oyun şansı qazana bilməyən yapon müdafiəçi bu mövsüm cəmi 6 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.