Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB
19.05.2023 19:00
Aa
dəq

Mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan XİN-dən məlumat verilib. 

Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. 

Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. 

Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.

17:12 ***

"Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında görüş başlayıb".

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra deyib.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb. Görüşdən sonra tərəflər hansı nəticənin əldə olunduğu ilə bağlı bizə məlumat verəcəklər”, - Lavrov deyib.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu