Belə ki, onların ölkə ərazisinə girişinə qadağa qoyub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva Latviya, Litva və Estoniyanın Rusiyaya düşmən münasibət bəsləyən ümumilikdə 347 vətəndaşının, o cümlədən nazirlərin, parlament üzvlərinin və ictimai xadimlərin girişini qadağan edib.
Bundan başqa, Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın daxili işlər naziri Lauri Lanemetsi axtarışa verib. Onun haqqında cinayət işi açılıb.