Əsas məzmuna keç

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Bu il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya gələn əcnəbilərin foto və barmaq izinin identifikasiyası proseduruna başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ""a daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.

"Bu, hələ ki eksperimentdir. Alqoritmin aprobasiyasından sonra hökumət Federal Təhlükəsizlik Xidmətindən olan həmkarlarla birlikdə onun bütün sərhəd keçidlərində tətbiq edilməsini nəzərdən keçirəcək", - o bildirib.

A.Qorovoy qeyd edib ki, eksperimentin aparılması üçün Moskvanın seçilməsi onun xarici vətəndaşlar üçün cazibə mərkəzi və iri qovşağı olması ilə şərtlənib.

Eyni zamanda, analoji nəzarət sistemi Qazaxıstanla sərhəddə yerləşən Orenburq vilayətindəki Maştakovo keçid məntəqəsində də tətbiq olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…