Əsas məzmuna keç

Monteneqro prezidenti parlamenti buraxıb

Monteneqro prezidenti parlamenti buraxıb

Prezidentin fərmanı cümə axşamı milli televiziya vasitəsilə yayılıb. "Monteneqro Assambleyasının 27-ci çağırış Parlamenti buraxılır. Fərman imzalandığı...

prezidenti Milo Cukanoviç seçkilərinə üç gün qalmış parlamenti buraxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezidentin fərmanı cümə axşamı milli televiziya vasitəsilə yayılıb.

"Monteneqro Assambleyasının 27-ci Parlamenti buraxılır. Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə sənəddə qeyd olunub.

Konstitusiyaya görə, parlament seçkiləri 100 gündən gec olmayaraq keçirilməlidir. Bundan əvvəl Monteneqro parlamentinin sədri Daniela Djuroviç respublikada prezident seçkilərini martın 19-na təyin edib.

Konstitusiyaya görə, Monteneqro parlamentli respublikadır və əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir. Buna baxmayaraq, prezident fiquru Nazirlər Kabinetinin formalaşmasında və baş nazirin namizədliyinin irəli sürülməsində böyük kəsb edir.

Monteneqro prezidenti ümumxalq səsverməsi ilə beş il müddətinə seçilir və ardıcıl iki müddətdən artıq seçilə bilməz.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…