Əsas məzmuna keç

Moldova səfirinin oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib

Moldova səfirinin oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Slava Şuşa qalasının fonunda Polad Bülbüloğlunun məşhur mahnısını səsləndirib.

en ru

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Slava Şuşada Polad Bülbüloğlunun repertuarından olan "Şən " mahnısını ifa edib. Səfir bu barədə özünün "Facebook" səhifəsində paylaşım edib.

İstedadlı gənc mahnını Şuşa qalasının fonunda həm Azərbaycan, həm də rus dillərində səsləndirib. Diplomat paylaşımına əlavə etdiyi şərhdə 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək, oğlunun bu ifa ilə ölkəmizə olan hörmət və sevgisini ifadə etdiyini bildirib.

Qeyd edək ki, Slava Esaulenko Azərbaycanın mədəni həyatında yaxından iştirak edir. O, Bakıdakı 20 nömrəli orta məktəbin şagirdidir və eyni zamanda 16 nömrəli Musiqi Məktəbində təhsil alır. Slava müxtəlif mədəni tədbirlərdə çıxış edərək tanınmış azərbaycanlı bəstəkarların əsərlərini ifa etməsi ilə tanınır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…