Əsas məzmuna keç

MM-in komitə sədri TÜRKPA-nın iclasında iştirak üçün Türkiyəyə gedir

MM-in komitə sədri TÜRKPA-nın iclasında iştirak üçün Türkiyəyə gedir

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 21-24 mayda TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin...

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri 21-24 TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Müdafiə məsələləri komitələrinin sədrləri üçün təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirlər çərçivəsində komitə sədrinin “TÜRKPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik arxitekturası” mövzusunda keçiriləcək iclasda iştirakı, həmçinin Aerokosmik Sənayesinə, ASELSAN Akyurt kompleksinə və Baykar şirkətinə səfərləri nəzərdə tutulur.

Səfər mayın 24-də başa çatacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…