Operativ Məlumat Mərkəzi

Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq

1 dəq
Paylaş:
Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq
bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Səsvermə yerli vaxtla saat 09:00-dan 14:00-dək keçirilib. Seçkilərdə Seçki Kollegiyasının...

Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq. O, 300 seçicidən 224 səs toplayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Səsvermə yerli vaxtla saat 09:00-dan 14:00-dək keçirilib. Seçkilərdə Seçki Kollegiyasının 225 üzvü iştirak edib, bir bülleten etibarsız hesab olunub.

M.Kavelaşvili Gürcüstan prezidenti vəzifəsinə yeganə namizəd idi. Onun namizədliyi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası tərəfindən irəli sürülüb.

M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər