Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb - YENİLƏNİB

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb - YENİLƏNİB
02.07.2024 11:00
Aa
dəq

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, test imtahanları iyulun 2-10-da ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək.

İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub.

Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

***

İyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.

Təhsil İnstitutundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub. İmtahanlar iyulun 10-dək davam edəcək.

Həftənin ən çox oxunanları

Magistraturaya 13 mindən çox bakalavr qəbul olunub

Magistraturaya 13 mindən çox bakalavr qəbul olunub
DAVAMIN OXU davamın oxu

Bu il 1066 tələbə SABAH qruplarının məzunu olub

Bu il 1066 tələbə SABAH qruplarının məzunu olub
DAVAMIN OXU davamın oxu

II və III ixtisas qrupları üzrə qəbul imtahanının vaxtı məlum olub

II və III ixtisas qrupları üzrə qəbul imtahanının vaxtı məlum olub
DAVAMIN OXU davamın oxu

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
DAVAMIN OXU davamın oxu

Magistratura imtahanının nəticələri açıqlanıb

Magistratura imtahanının nəticələri açıqlanıb
DAVAMIN OXU davamın oxu