İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talayiniq ABŞ-la bağlı sərt açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, Talayiniq bildirib ki, ABŞ İranın razılaşma tələblərini qəbul etməsə, döyüş meydanında daha böyük çətinliklərlə üzləşəcək.
O, qeyd edib ki, Amerika ordusu tərəfindən hər hansı yeni təhdid, hücum və ya təcavüzə dərhal, qətiyyətli və “son cavab” veriləcək və bu, Vaşinqtonun öz hərəkətlərindən peşman olmasına səbəb olacaq.
Talayiniq həmçinin vurğulayıb ki, İran xalqı ABŞ-İran münaqişəsində qalib tərəf olaraq qalacaq.
Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin münaqişə zonasından dəfələrlə geri çəkilməsi İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) döyüş hazırlığının və “sərt cavab” verməyə hazır olmasının göstəricisidir.