Minimum əmək pensiyası 280 manata qaldırılır

Minimum əmək pensiyası 280 manata qaldırılır
01.02.2023 13:01
Aa
dəq

Əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.

Qanun qəbul ediləcəyi təqdirdə 1 fevral 2023-cü ildən qüvvəyə minəcək.

Həftənin ən çox oxunanları

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
DAVAMIN OXU davamın oxu