Əsas məzmuna keç

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bu gün saat 12 radələrində Mingəçevir şəhəri Sahil küçəsində yerləşən mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb.

Onun dəm qazından öldüyü ehtimal olunur. V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsidir və həmin mənzildə kirayədə qalırmış.

və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…