Əsas məzmuna keç

Millinin uğursuzluğu haqda Qurban Qurbanov nə dedi?

Millinin uğursuzluğu haqda Qurban Qurbanov nə dedi?

dünən “Səbail”ə qarşı keçirilən Premyer Liqa matçından (2:1) sonra təşkil olunan mətbuat konfransında Q.Qurbanova belə bir sual ünvanlanıb: Milli...

“Qarabağ”ın , AFFA İcraiyyə Komitəsinin üzvü Qurban millisinin son iki oyundakı məğlubiyyəti barədə ona ünvanlanan sualı cavablandırıb. Millətlər Liqasının ilk iki turunda milli komandamız İsveçə 1:3, Slovakiyaya isə 0:2 hesabı ilə uduzub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dünən “Səbail”ə qarşı keçirilən matçından (2:1) sonra təşkil olunan konfransında Q.Qurbanova belə bir sual ünvanlanıb:

Milli komandanın iki oyunu haqda AFFA İcraiyyə Komitəsinin üzvü olaraq nə deyə bilərsiz? Fernandu Santuşun komandasında inkişaf gözlənilir?

Qurban Qurbanov buna cavab olaraq deyib:

Buna fikir bildirməmişəm, səbəbini də bilirsiz. Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Əsasən də, Fernandu Santuşa. Böyük təcrübəsi, iş qabiliyyəti var. İki oyuna görə fikir bildirmək mənə çətin olardı. Nə qədər fikir bildirməsəm, daha yaxşı olar. Bunu daha düzgün sayıram. Bu dəfə də fikir bildirməyəcəm”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…