Operativ Məlumat Mərkəzi

Millimizdən biabırçı məğlubiyyət - VİDEO

1 dəq
Paylaş:
Millimizdən biabırçı məğlubiyyət - VİDEO
C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub. Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan...

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər