Milli təhlükəsizliyimizin təmin edilməsi vacib məsələdir - Millət vəkili

Milli təhlükəsizliyimizin təmin edilməsi vacib məsələdir - Millət vəkili
24.09.2024 18:52
Aa
dəq

Prezident İlham Əliyevin Milli Məclisdə çıxışı çox mühüm əhəmiyyət kəsb edən çıxışlardan biridir. Eyni zamanda, bu proqram xarakterli çıxış idi. Həm Azərbaycanın müasir vəziyyəti, həm dünyada baş verən proseslərdə Azərbaycanın rolu, bu istiqamətdə hansı işlər görülür və gələcəkdə hansı işlər görüləcək barədə verilən əsas bəyanatlar idi. Təbii ki, hər bir istiqamət üçün ayrı-ayrılıqda cənab prezident öz fikrini bildirdi. Əsas məqamlardan da biri odur ki, məhz Vətən Müharibəsindən və antiterror əməliyyatından sonra suverenliyimiz tam bərpa olundu və demək olar ki, həm prezident seçkiləri, həm VII çağırış millət vəkillərinin seçilməsi bütün suverenliyimiz bərpa olunmuş ərazilərdə Azərbaycan bayrağı altında keçirildi.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisinin deputatı Arzu Nağıyev bildirib.

“Ən mühüm istiqamət milli təhlükəsizliyin təmin edilməsidir. Məlumdur ki, cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edir ki, suverenlik, ərazi bütövlüyü, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının rifahı əsas istiqamətdir. Təbii ki, hərbi gücümüzün artırılması suverenliyimizə, gələcəkdə iqtisadi və digər istiqamətdə atılacaq addımlara güc mütləq şəkildə lazımdır. Çünki bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır, həmçinin Ermənistan hakimiyyətini bir vasitə kimi istifadə edərək, tək Azərbaycanla deyil, bütün qonşu dövlətlərə qarşı istifadə etmək Qərbin əsas marağındadır. Buna görə də mütləq şəkildə güclü olmaq, hərbi-sənaye kompeksini daha da inkişaf etdirmək mühümdür”.

Millət vəkili vurğulayıb ki, bu gün Minsk qrupunun ləğvi də mütləq şəkildədir. Çünki vaxtilə yarananda, o, sülhün bərqərar olunması istiqamətində addımlar atmalı idi, ancaq birmənalı şəkildə onlar ancaq deklarativ bəyanatlarla yadda qaldılar.

Digər məsələ hərbi gücün artırılmasında hərbi-sənaye kompeksinin inkişafı, yeni silahların, yeni texnologiyaların əldə edilməsi, istehsalı kimi əsas istiqamətləri təşkil etdiyini deyən A.Nağıyev, döyüş qabiliyyətinin artırılması üçün ən müasir silahlar istehsal olunmalı, onlardan istifadə edə biləcək kadr potensialı da yetişdirilməli olduğunu bildirib.

Deputat vurğulayıb ki, hərbi-sənaye kompeksinin gücləndirilməsi, ölkəmizin gücünün inkişafı, yeni iş yerlərinin açılması, məhsulların ixrac edilməsi deməkdir. Ən ciddi məsələlərdən biri isə sərhədlərimizin qorunmasıdır ki, bununla bağlı Ermənistanla sərhəddə delimitasiya və demarkasiya məsələsi başlayıb. Bu 500 km-ə qədər sərhəd ciddi relyefi olan ərazilərdən keçir və buranı bərkitmək, eyni zamanda müasir istehkam qurğulardan istifadə etmək vacib məsələdir, çünki ərazilər əsasən yüksəkliklərdə yerləşir.

Buna səbəb Ermənistandan hər vaxt müəyyən təxribat gözləmək olduğunu qeyd edən millət vəkili, vizual kəşfiyyatçılar yalan uydurmalarla gəlib Azərbaycanla Ermənistan şərti sərhədində dayandığını, yalan informasiyaları, məlumatları Qərbə ötürdüklərini, həmçinim Fransa bu işdə daha ciddi fəallıq göstərdiyini bildirib.

“Çünki onlar heç bir şəkildə Azərbaycanın müstəqil daxili və xarici siyasətini və qələbəmizi həzm edə bilmirlər. Ona görə də bu istiqamətdə cənab prezident çox vacib mesajlar verdi, Ermənistan və onun arxasında duran istənilən qüvvə, ölkə bilməlidir ki, Azərbaycanın dönməz daxili və xarici siyasəti var”, - deyə Arzu Nağıyev sonlandırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Prezidentin Milli Məclisdəki çıxışı yeni "yol xəritəsi"ni müəyyən etdi - AÇIQLAMA

Prezidentin Milli Məclisdəki çıxışı yeni
DAVAMIN OXU davamın oxu

Ermənistan Azərbaycana təzminat ödəməlidir - AÇIQLAMA

Ermənistan Azərbaycana təzminat ödəməlidir - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Milli Parlamentarizm tarixinin qızıl səhifələrinə yazılan çıxış - AÇIQLAMA

Milli Parlamentarizm tarixinin qızıl səhifələrinə yazılan çıxış - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA

Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi

“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi
DAVAMIN OXU davamın oxu