Operativ Məlumat Mərkəzi

Milli Məclisin sədri Macarıstanda səfərdədir

1 dəq
Paylaş:
Milli Məclisin sədri Macarıstanda səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarova V Budapeşt Demoqrafik Zirvə görüşündə iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə işgüzar səfərə...

Milli Məclisin sədri Sahibə Qafarova V Budapeşt Demoqrafik Zirvə görüşündə iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə işgüzar səfərə gəlib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Budapeşt Ferents List hava limanında Milli Məclisin sədrini Macarıstan Prezidentinin Milli Müdafiə Direktorluğunun rəhbəri İştvan Kun-Szabo, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın V Budapeşt Demoqrafik Zirvə tədbirində çıxışı nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər