Milli Məclisin iclasında Fransanın Ermənistanı silahlandırması məsələsi qaldırılıb

Milli Məclisin iclasında Fransanın Ermənistanı silahlandırması məsələsi qaldırılıb
24.10.2023 11:40
Aa
dəq

“Son zamanlar Fransanın Cənubi Qafqazda aqressiv siyasətinin yeni təzahürləri meydana çıxıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fransa və Ermənistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı imzalanan sonuncu müqavilə regionda olan həssas balansın pozulmasına yönəlib və Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirəcək hadisədir: “Bunu ciddi şəkildə qınamalı və pisləməliyik”.

Deputat bildirib ki, Fransa yeni müstəmləkəçilik siyasətinin adını dəyişərək bir sıra əraziləri öz nəzarətində saxlayır: “Bu zülmə qarşı xalqların səsinə səs verməliyik. Ritorika səviyyəsində Fransanın beynəlxalq təşkilatlarda apardığı aqressiv siyasəti pisləməliyik”.

Milli Məclisin deputatı Elman Nəsirov isə vurğulayıb ki, Fransa ilə Ermənistan arasında silah-sursat alqı-satqısı ilə bağlı müqavilənin imzalanması gələcək perspektivdə bu regionda ciddi təhlükəli proseslərin baş verməsinə səbəb ola bilər: "Ən yaxşı halda Ermənistanın hərbi təxribatlarını, ən pis halda isə üçüncü Qarabağ müharibəsini labüd edə bilər. Fransanın Ermənistana verəcəyi silahların arasında raketdən müdafiə sistemləri ön planda dayanır".

Həftənin ən çox oxunanları

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
DAVAMIN OXU davamın oxu

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib
DAVAMIN OXU davamın oxu

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
DAVAMIN OXU davamın oxu