Əsas məzmuna keç

Milli Məclis deputatları Özbəkistana gedir

Milli Məclis deputatları Özbəkistana gedir

Azərbaycan parlamentinin üzvləri Daşkənddə keçiriləcək nüfuzlu tədbirdə iştirak edəcəklər. Müzakirələrin əsas mövzuları nələrdən ibarət olacaq?

en ru

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və deputat Səbinə Xasayeva Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 12-ci Qlobal konfransında iştirak etmək məqsədilə sentyabrın 4-də Özbəkistanın Səmərqənd şəhərinə səfər edəcəklər.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, konfrans çərçivəsində gənclərin hüquqlarının qorunması, onların iqtisadi hüquqlarının və məşğulluğunun təmin edilməsi kimi mövzular müzakirə olunacaq.

Səfər sentyabrın 6-da başa çatacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…