Milli Məclisin bu gün keçirilən iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan bu Konvensiyaya xüsusi bəyanatla qoşulur. Bu, Ermənistanla münasibətlərin normallaşana qədər Konvensiyanın müddəalarının qarşı tərəflə münasibətdə tətbiq olunmaması ilə əlaqədardır.