Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

MM əmlak həbsi qanununu qəbul etdi

2 dəq
Paylaş:
MM əmlak həbsi qanununu qəbul etdi

əmlak həbsi ilə bağlı mübahisələrin deyil, nəzarəti qaydasında həll edilməsi təklifini birinci oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı -Prosessual Məcəlləsinə dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü ilk iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə olunan yeni maddəyə əsasən, təqdim olunan qanun layihəsində təklif edilən əlavə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət və prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apellyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzim edir.

Təklif olunan ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icratı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.

Mülki mühakimə icraatından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qəranının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.

Sənəd müzakirələrdən sonra ilk oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax