Milli Məclisin 2026-cı il yaz sessiyası başa çatıb. Parlamentin keçirilən sonuncu plenar iclasında sessiyanın yekunları ilə bağlı müzakirələr aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova sessiya dövründə görülən işlər barədə məlumat verib. Spikerin sözlərinə görə, yaz sessiyası ərzində parlamentin 15 iclası baş tutub və bu müddətdə 57 qanun, həmçinin 19 qərar qəbul edilib. Sahibə Qafarova Milli Məclisin sessiya üçün nəzərdə tutulan iş planını tam şəkildə yerinə yetirdiyini vurğulayıb.
İclasın sonunda Dövlət Himni səsləndirilib və sessiya bağlı elan olunub.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, yaz sessiyası hər il fevralın 1-də başlayır və mayın 31-dək davam edir.