Operativ Məlumat Mərkəzi

"Milan" "Real Betis"in müdafiəçisi ilə maraqlanır

1 dəq
Paylaş:
"Milan" "Real Betis"in müdafiəçisi ilə maraqlanır
bu barədə Fabrizio Romano məlumat yayıb. Qeyd edilib k, ispaniyalı ilə müqavilə imzalamaq Milanın 2024-cü il üçün prioritet transfer vəzifələrindən...

"Milan" "Real Betis"in sol cinah müdafiəçisi Xuan Mirandanı transfer etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.

Qeyd edilib k, ispaniyalı ilə müqavilə imzalamaq Milanın 2024-cü il üçün prioritet transfer vəzifələrindən biridir. Rossonerilər Mirandanı azad agent kimi almaq istəyirlər.

Futbolçunun hazırkı klubu ilə müqaviləni yeniləməyəcəyi gözlənilir.

Xatırladaq ki, Miranda üç ildir "Betis"də oynayır. Ötən mövsüm müdafiəçi "ağ-yaşıllar"ın heyətində bütün turnirlərdə 25 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun ispan klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər