Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Vaşinqtonun İran xalqına qarşı həyata keçirdiyi siyasət açıq iqtisadi terrorizmdir"

4 dəq
Paylaş:
"Vaşinqtonun İran xalqına qarşı həyata keçirdiyi siyasət açıq iqtisadi terrorizmdir"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl İrana qarşı mümkün yeni hücum halında ABŞ-nin Avropa ölkələrindəki bazalarının hədəfə alına biləcəyi ilə bağlı iddialara münasibət bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bəqai deyib ki, Tehran özünə qarşı hücumların mənbəyini və başlanğıc nöqtəsini hədəfə almaq hüququna malikdir.

O, İranın hər hansı ölkənin xalqı ilə problem yaşamadığını, lakin ABŞ və İsrailin İrana qarşı əməliyyatlarına dəstək verən ölkələrin vəziyyətinin fərqli olduğunu bildirib.

“İstənilən ölkənin bizdən narahat olması üçün səbəb yoxdur. Lakin bazalarını, imkanlarını və avadanlıqlarını təcavüzkar tərəflərin qanunsuz əməllərinin həyata keçirilməsi üçün açan ölkələr üçün vəziyyət fərqlidir”, - Bəqayi vurğulayıb.

Sözçü Bolqarıstanın ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarına dəstək verməsini hüquqa zidd adlandırıb.

O, ABŞ-yə məxsus bəzi KC-135 yanacaqdaşıyan təyyarələrinin Bolqarıstandan ayrılması ilə bağlı xəbərləri də eşitdiklərini bildirib.

Bəqayi İranın özünü və ərazi bütövlüyünü müdafiə etmək məsələsində heç bir güzəştə getməyəcəyini söyləyib.

İran rəsmisi ABŞ-nin Tehrana qarşı iqtisadi təzyiqlərini də tənqid edib. Onun sözlərinə görə, Vaşinqtonun İran xalqına qarşı həyata keçirdiyi açıq iqtisadi terrorizmdir.

Bəqai həmçinin İrana qarşı mümkün dəniz blokadasını “təcavüzkar addım” adlandıraraq, ABŞ-nin bu siyasətini dəstəkləyən ölkələrin ciddi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Hörmüz boğazı ilə bağlı məsələyə də toxunan Bəqai ABŞ rəsmilərinin boğazdan gündəlik 5-17 milyon barel neft keçdiyi barədə açıqlamalarını rədd edib.

O, bu rəqəmlərin psixoloji və media müharibəsinin bir hissəsi olduğunu bildirib.

İranlı sözçü Oman nümayəndə heyətinin Tehrana səfəri zamanı ikitərəfli münasibətlərlə yanaşı, Hörmüz boğazının təhlükəsizliyi və dəniz nəqliyyatı marşrutlarının da müzakirə ediləcəyini açıqlayıb.

İran-Pakistan münasibətlərinə toxunan Bəqai Pakistan Quru Qoşunlarının komandanının Tehrana səfərinin iki ölkə arasında “xüsusi və inkişaf edən münasibətlər” çərçivəsində baş verdiyini bildirib. O, İran-Pakistan əlaqələrinin hazırda ən yaxşı dövrlərindən birini yaşadığını qeyd edib.

İsrailin Suriyaya hücumlarını da şərh edən Bəqai Suriyanın ərazi bütövlüyünün pozulmasının səbəbindən asılı olmayaraq beynəlxalq hüquqa zidd olduğunu deyib.

O, Suriyanın öz müdafiə imkanlarını inkişaf etdirmək və özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə