"Pakistan ABŞ və İran arasında münaqişənin nizamlanması istiqamətində səylərini davam etdirir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Pakistan müdafiə naziri Xavaca Asif deyib.
O bildirib ki, Vaşinqton və Tehran nümayəndələri arasında dolayı əlaqələr mövcuddur.
Nazirin sözlərinə görə, İslamabad regionda gərginliyin azaldılmasına imkan verəcək şərait yaratmağa çalışır.
O, gələcəkdə münaqişənin deeskalasiyası ilə bağlı nikbin olduğunu da bildirib.