Məzahir Pənahov: “Jurnalistlər məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər”

Məzahir Pənahov: “Jurnalistlər məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər”
07.02.2024 08:32
Aa
dəq

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistləri məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Məzahir Pənahov seçkilərin başlaması ilə əlaqədar MSK-da keçirdiyi brifinqdə qeyd edib ki, seçki prosesi milyonlarla insanı əhatə etdiyi üçün müəyyən xırda çatışmazlıqlar ola bilər.

“Buradan media subyektlərinə, jurnalistlərə səslənirəm ki, məntəqələrdə qarşılaşdığınız hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər. Əksinə biz bunu təqdir edəcəyik. Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar”, - MSK sədri vurğulayıb.

O vurğulayıb ki, heç kim seçicinin iradəsinə təsir göstərə bilməz.

“Bütün bu proseslərin mərkəzində Azərbaycan seçicisi dayanır. Bizim qurum da işi seçicinin konstitusiyon hüuququnu təmin etməkdir. Bu baxımdan heç kim seçicinin iradəsinə təsir göstərə bilməz. Həmçinin seçki məntəqələrində fəaliyyət göstərən komissiyanın üzvlərinin işinə maneə törədə bilməz. Çünki onlar da seçki prosesinin şəffaf aparılması üçün çalışırlar”.

M.Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələblərini pozan istənilən addım qarşısında ciddi addımlar atılacaq: 

"Biz heç vaxt komissiya olaraq qadağalar üzərində danışmırıq. Həmişə çoxluğun fikrinin ortaya qoyulması üçün çalışırıq. Lakin bu çoxluğun ortaya qoyulması da qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmalıdır".

Həftənin ən çox oxunanları

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib
DAVAMIN OXU davamın oxu

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident bu şəxsləri təltif etdi - SİYAHI
DAVAMIN OXU davamın oxu

AZAL-ın prezidenti təyin edilib

AZAL-ın prezidenti təyin edilib
DAVAMIN OXU davamın oxu

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU

Vətəndaşların dövlət qurumlarına etdiyi zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU
DAVAMIN OXU davamın oxu

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir
DAVAMIN OXU davamın oxu