Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Meta" Avstraliyada 756 min hesabı blokladı

2 dəq
Paylaş:
"Meta" Avstraliyada 756 min hesabı blokladı

ABŞ-nin texnologiya şirkəti "Meta Platforms Inc." Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini məhdudlaşdıran qanun çərçivəsində 756 min "" və "Facebook" hesabına girişi əngəlləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Şirkətin açıqlamasına görə, Avstraliyada qanunun 2025-ci ilin dekabrında qüvvəyə minməsindən əvvəl və sonra aparılan yoxlamalar nəticəsində 16 yaşdan kiçik istifadəçilərə aid olduğu müəyyən edilən 462 min "Instagram" və 294 min "Facebook" hesabı bağlanıb.

"Meta" bildirir ki, yoxlamalar əsaslı aşkarlama sistemləri vasitəsilə fasiləsiz davam etdirilir və bağlanan hesabların sayının artacağı gözlənilir.

Qeyd edək ki, Avstraliyada 16 yaşdan kiçik şəxslərin platformalarından istifadəsini məhdudlaşdıran qanun 10 dekabr 2025-ci ildə qüvvəyə minib.

Qanun çərçivəsində "Instagram", "Facebook", "", "", "Snapchat" və "X" ilə yanaşı "Reddit", "Twitch", "Threads" və "Kick" daxil olmaqla 10 platformaya yaş məhdudiyyəti tətbiq olunur.

Avstraliya hökuməti qanunla alqoritmlərin və zərərli məzmunların uşaqlar və yeniyetmələrə mənfi təsirini azaltmağı hədəfləyir.

Qaydalara əsasən, şirkətlər 16 yaşdan kiçik uşaqlara məxsus hesabların platformalardan çıxarılması üçün lazımi tədbirləri görmədikləri halda 49,5 milyon Avstraliya dollarınadək cərimə ilə üzləşə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax