Əsas məzmuna keç

Messidən gözlənilməz hərəkət: Məğlubiyyətdən sonra hakimə etiraz etdi

Messidən gözlənilməz hərəkət: Məğlubiyyətdən sonra hakimə etiraz etdi

MLS-in yeni mövsümünün açılış matçında darmadağın olan ulduz futbolçu Lionel Messi oyunsonrası davranışı ilə gündəmə gəlib.

en ru

ABŞ-nin MLS liqasında yeni mövsümün oyunu hadisələrlə yadda qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Messinin çıxış etdiyi "Inter Miami" klubu "Los Angeles" səfərində 0:3 hesablı ağır məğlubiyyətə uğrayıb.

Meydan sahibləri çempion komandanı soyuqqanlı oyunla darmadağın edərək mövsümə inamlı start veriblər.

Lakin qarşılaşmadan daha çox Messinin final fiti çalındıqdan sonrakı reaksiyası müzakirə obyektinə çevrilib. Kameralar ulduz futbolçunun tuneldə hakimlərə qarşı kəskin narazılığını qeydə alıb.

Komanda yoldaşı Luis Suarez onu sakitləşdirməyə çalışsa da, hakim briqadasına qarşı sərt ifadələr işlədib.

"The Touchline" nəşrinin yaydığı məlumata görə, Messi hakimlərə xitabən aşağıdakı belə deyib:

"Siz həmişə mənasız qərarlar verirsiniz və hər şeyə fit çalırsınız. Siz də hörmət etməyi öyrənməlisiniz. Bizi həmişə fərqli meyarlarla mühakimə edirsiniz".

MLS rəhbərliyi hadisə ilə bağlı araşdırma aparsa da, Messinin hər hansı qayda pozuntusuna yol vermədiyini və intizam cəzasına ehtiyac olmadığını açıqlayıb.

Maraqlıdır ki, oyundan sonra "Los Angeles"in Mark dos Santos Messini necə dayandırdıqlarını sadə bir taktika ilə izah edib:

"Heç bir sirr yoxdur, sadəcə nizam-intizamlı və sıx müdafiə olunduq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…