Messi "Barselona"nın keçmiş futbolçusunu "İnter Mayami"yə transfer etmək istəyir

Messi "Barselona"nın keçmiş futbolçusunu "İnter Mayami"yə transfer etmək istəyir
07.11.2023 13:01
Aa
dəq

Daha bir məşhur futbolçu Amerikanın "İnter Mayami" klubuna keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tribal Football" saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, "Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç Floridaya keçə bilər. Bu keçidi komandanın argentinalı hücumçusu Lionel Messi də şəxsən istəyir.

Əvvəllər futbolçular birlikdə "Barselona"da oynayıblar.

35 yaşlı xorvatiyalı 2020-ci ilin sentyabrından indiki klubunda çıxış edir. Onun əndəluslularla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir. İvanın transfer qiyməti 4 milyon avrodur.

Həftənin ən çox oxunanları