Türkiyə bayraqlı yük gəmisi Mərmərə dənizində batıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Hadisə İmralı adası yaxınlığında baş verib. Nəqliyyat Nazirliyi də hadisəni təsdiqləyib. Onlar qeyd ediblər ki, gəmidən SOS siqnalı saat 06.32-də gəlib, 07.12-də isə gəmi ilə əlaqə kəsilib.
Gəmidə altı dənizçi olub. İlkin məlumatlara görə, onların hamısı Türkiyə vətəndaşıdır.
Qrupların axtarış-xilasetmə işləri davam edir. Bursa valisi Mahmud Dəmirtaş hadisədən sonra Sahil Polis Baş İdarəsindən iki qrup və Balıkəsirdə Bandırma rayonundan bir qrup bölgəyə göndərildiyini açıqlayıb.
Hadisə yerinə 3 sahil mühafizə gəmisi və bir helikopter göndərilib. Bununla belə, qubernator bildirib ki, pis hava şəraiti səbəbindən dənizçiləri axtarmaq çətin olub.