Mərkəzi banklar ABŞ dollarının axınını gücləndirəcək

Mərkəzi banklar ABŞ dollarının axınını gücləndirəcək
20.03.2023 10:41
Aa
dəq

Mərkəzi banklar ABŞ-ın bank sektorundakı qeyri-sabit dövrdən və Credit Suisse-in birləşməsindən sonra kredit axınını davam etdirmək üçün qlobal miqyasda hərəkətə keçiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Bankı da daxil olmaqla altı mərkəzi bank qlobal maliyyə sistemi vasitəsilə ABŞ dollarının axınını artıracaqlarını açıqlayıb.

ABŞ dolları likvidliyi - "svop xətti" razılaşması bazar ertəsindən etibarən qüvvəyə minəcək.

Açıqlamada İngiltərə Bankı, Yaponiya Bankı, Kanada Bankı, Avropa Mərkəzi Bankı, ABŞ Federal Ehtiyat Sistemi və İsveçrə Milli Bankı "likvidlik təminatının gücləndirilməsi" üçün əlaqələndirilmiş fəaliyyətə başlayıb.

Razılaşmada bunun "qlobal maliyyələşdirmə bazarlarında gərginliyi azaltmaq və ev təsərrüfatlarına və bizneslərə kredit tədarükünə təsirini azaltmaq üçün vacib bir dəstək" rolunu oynadığı deyilir.

Açıq bazarda borc almaq əvəzinə, Britaniya bankları birbaşa İngiltərə Bankına gedə biləcək və o, ABŞ Federal Ehtiyat Sistemindən borc alacaq.

Avrozona, Kanada, Yaponiya, İsveçrə və ABŞ-dakı banklar üçün eyni şəkildə işləyəcək.

Banklar bu vəsaitdən gündəlik istifadə edə biləcəklər.

İngiltərə Bankı, 2008-ci il maliyyə böhranı və Covid pandemiyası zamanı qəbul edilən tənzimləmə bazar ertəsi günü başlayacaq və "ən azı aprelin sonuna qədər davam edəcək",- deyə qeyd edib.

Həftənin ən çox oxunanları

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır
DAVAMIN OXU davamın oxu

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
DAVAMIN OXU davamın oxu

Dünyada yeni virus yayıldı - Yoluxanlar var

Dünyada yeni virus yayıldı - Yoluxanlar var
DAVAMIN OXU davamın oxu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu
DAVAMIN OXU davamın oxu

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb
DAVAMIN OXU davamın oxu