Operativ Məlumat Mərkəzi

Merilenddə seçki məntəqələri bomba təhdidləri alıb

1 dəq
Paylaş:
Merilenddə seçki məntəqələri bomba təhdidləri alıb
bu barədə bu gün ştat rəhbərliyi məlumat yayıb. Məlumata görə, təhdidlər seçki məmurlarının poçtla göndərilmiş bülletenləri saydığı anda gəlib. Ştat...

ABŞ-nin Merilend ştatının bir neçə seçki komissiyası cümə günü bomba təhdidi alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə bu gün ştat rəhbərliyi məlumat yayıb.

Məlumata görə, təhdidlər seçki məmurlarının poçtla göndərilmiş bülletenləri saydığı anda gəlib.

Ştat seçkilərinin administratoru Cared DeMarinis təhdidləri “qorxaqlıq” adlandırıb və yerli məmurların səslərin hesablanmasına davam edəcəyini bildirib. “Təhlükəsizlik bizim əsas qayğımızdır, lakin biz şənbə günü mütləq hesablamalara davam edəcəyik. Qorxaq təhdidlər, haradan gəlməsindən asılı olmayaraq, bizi yolumuzdan ayırmayacaq”, - o deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər