Əsas məzmuna keç

Memorandum imzalanandan sonra ictimaiyyətə təqdim ediləcək?

Memorandum imzalanandan sonra ictimaiyyətə təqdim ediləcək?

Tasnim agentliyinin yaydığı məlumata görə, Vaşinqton və Tehran arasında razılaşma sənədi açıqlanacaq. Bloomberg-in yaydığı məlumatlarda hansı yanlışlıqlar var?

ru en

İran və ABŞ arasında cümə günü imzalanması planlaşdırılan qarşılıqlı anlaşma memorandumunun imzadan sonra ictimaiyyətə təqdim ediləcəyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, imzalandıqdan dərhal sonra onun mətni ictimaiyyətə açıqlanacaq.

Mənbə həmçinin qeyd edib ki, "" tərəfindən İran və ABŞ arasında memorandumun tam mətni kimi yayımlanan sənədin bəzi hissələri natamamdır.

Onun sözlərinə görə, xüsusilə birinci maddə və Hörmüz boğazı ilə bağlı bölmədə mövcuddur.

Mənbə əlavə edib ki, yayımlanan versiyada sənəddə yer almalı olan bir sıra mühüm ifadələr və əsas məqamlar əks olunmayıb.

Rəsmi hələlik memorandumun məzmunu ilə bağlı geniş məlumat verməyib. Sənədin imzalanmasından sonra onun tam mətninin açıqlanacağı və tərəflərin üzərinə götürdüyü öhdəliklərin daha aydın şəkildə ortaya çıxacağı gözlənilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…