Əsas məzmuna keç

Meksika ABŞ-yə xəbərdarlıq edib

Meksika ABŞ-yə xəbərdarlıq edib

"ABŞ-nin Meksika mallarına tətbiq etdiyi rüsumların nəticələri iqtisadiyyatına ciddi mənfi təsir göstərəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya "X"-də yayımladığı videomüraciətdə bildirib.

“Gətirilən 25%-lik tariflərin iqtisadiyyatı üçün son dərəcə ciddi nəticələri var, çünki Meksikadan ABŞ-ə ixrac edilən bütün malların dəyəri əhəmiyyətli dərəcədə artacaq”, - Şeynbaum qeyd edib.

O, həmçinin qeyd edib ki, tariflərdən Meksikaya dəyən ziyan çox olacaq. Onun sözlərinə görə, Meksika bazarında mövcud olan bir çox tərk etmək və ya qalmaq barədə qərar vermək məcburiyyətində qalacaq.

O, əlavə edib ki, məsələnin danışıqlar yolu ilə həll olunması üçün iki ölkə arasında işçi qrupunun yaradılması təklifinə ABŞ prezidenti Trampın cavabını gözləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…