Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"ABŞ-İran atəşkəsinin pozulması qlobal tənəzzül riski yaradır" - Türkiyə naziri

2 dəq
Paylaş:
"ABŞ-İran atəşkəsinin pozulması qlobal tənəzzül riski yaradır" - Türkiyə naziri

Türkiyənin maliyyə naziri Şimşək bildirib ki, ABŞ və İran arasında iki həftəlik atəşkəsin pozulması yaradır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir bu barədə "Habertürk TV"yə müsahibəsində danışıb.

Şimşək qeyd edib: "Qlobal iqtisadiyyat hazırda İkinci Dünya Müharibəsindən bəri ən güclü şok yaşayır. ABŞ və İranın müvəqqəti atəşkəs qərarı alqışlanır, lakin hazırkı formada qalsa belə, təchizat zəncirlərinin müharibədən əvvəlki səviyyəyə qaytarılması ən optimist ssenarilərdə belə aylarla çəkəcək".

Nazir əlavə edib ki, "əgər bu şok davam edərsə və atəşkəs pozularsa, neft, təbii qaz və əmtəə qiymətləri yenidən artacaq. Bu da iqtisadi artımın yavaşlamasına, daha yüksək inflyasiyaya və qlobal tənəzzül riskinə səbəb olacaq".

Şimşək sonda ümid edib ki, atəşkəs qüvvədə qalacaq və yekun razılaşması əldə olunacaq: "Bu halda qlobal iqtisadiyyatla bağlı gözləntilər yaxşılaşacaq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax