Əsas məzmuna keç

Mehriban Əliyeva Matviyenko ilə görüşüb

Mehriban Əliyeva Matviyenko ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin...

Respublikasının Birinci vitse-prezidenti martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvəliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.

Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…