Operativ Məlumat Mərkəzi

Media subyektinin təsis edilməsinə dair tələblər artırılır

2 dəq
Paylaş:
Media subyektinin təsis edilməsinə dair tələblər artırılır
bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin dünən keçiriiən iclasında müzakirə edilmiş "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini...

Çap mediası və onlayn media subyektinin təsis edilməsinə dair tələblər artırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin dünən keçiriiən iclasında müzakirə edilmiş "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə təklif edilən yeni - 62.6-cı maddəyə əsasən, media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.

Qeyd edilib ki, müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı MEDİA Agentliyinə dəfələrlə müraciətlər etmiş və bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürmüşlər. Bu amili nəzərə alaraq, qanuna təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir. Bu dəyişiklik media subyektlərinin həm reputasiyasının, həm də brendinin möhkəmlənməsinə töhfə verəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər