Operativ Məlumat Mərkəzi

MEDİA “Meta”ya çağırış edib

2 dəq
Paylaş:
MEDİA “Meta”ya çağırış edib

platformasındakı bir sıra hesablarda Respublikasının Prezidentinin adından “” texnologiyası ilə , reallığı əks etdirməyən açıqlama yayılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır.

Qeyd edilib ki, son zamanlar oxşar məzmunlu kiberdələduzluq hallarına “Facebook” platformasında tez-tez rast gəlinir.

"Bununla əlaqədər olaraq “Facebook” platformasının sahibi “Meta” şirkətini zərərli məzmunu aradan qaldırmaq üçün operativ tədbirlər görməyə çağırırıq.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr