Əsas məzmuna keç

Mədəniyyət Nazirliyində yeni təyinat oldu

Mədəniyyət Nazirliyində yeni təyinat oldu

Qurumun aparatında struktur islahatları aparılıb. Aynur Kərimova Media ilə iş sektoruna rəhbər gətirildi. İdarəetmədə rəqəmsallaşma və digər yeniliklər nələrdir?

en ru

Nazirliyinin Aparatında ilk mərhələdə struktur təkmilləşdirilməsi həyata keçirilib, və bölmələrin fəaliyyəti optimallaşdırılıb. Əsas məqsəd idarəetmədə səmərəliliyin artırılması və mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsidir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konsepsiyada nəzərdə yeni idarəetmə yanaşmaları və mədəniyyətin yeni fəaliyyət sahələri bu istiqamətlər üzrə effektiv idarəetmə və nəzarətin təmin olunmasını tələb edir.

"Bu baxımdan, Mədəniyyət Nazirliyinin Aparatında yeni struktur vahidlərinin formalaşdırılması və mövcud şöbələrin funksional bölgüsünün yenidən təşkili həyata keçirilir. Nəticədə aparatın yenilənmiş strukturunda konsepsiyada müəyyənləşmiş mədəniyyətin yeni sahələrinə uyğun olaraq idarəetmə formalaşdırılıb, kommunikasiya, rəqəmsallaşma və əlaqələndirmə mexanizmləri təkmilləşdirilib".

Eyni zamanda vurğulanıb ki, həyata keçirilən optimallaşdırmadan sonra Mədəniyyət Nazirliyinin ilə iş üzrə sektor müdiri Aynur Kərimova olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…