Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Banqladeşdə 712 uşaq qızılcadan öldü

1 dəq
Paylaş:
Banqladeşdə 712 uşaq qızılcadan öldü

Banqladeşdə davam edən qızılca epidemiyası zamanı son 24 saat ərzində daha 4 həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə qızılca epidemiyası ilə əlaqədar ölən uşaqların sayı 712-yə yüksəlib.

Məlumata görə, son 24 saat ərzində daha 941 yeni şübhəli qızılca halı alınıb.

Belə ki, ümumi şübhəli yoluxma sayı 99 min 207-yə çatıb.

Aprelin 10-dan qızılca şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 82 min 844 olub. Onlardan 79 min 152 nəfər müalicə aldıqdan sonra evə buraxılıb.

Xatırladaq ki, Banqladeş hökuməti aprelin 7-də sayda uşağın qızılca şübhəsi ilə həyatını itirməsindən sonra ölkə üzrə təcili kampaniyasına başlanması barədə qərar qəbul etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax