Operativ Məlumat Mərkəzi

FHN soyuq və yağıntılı hava ilə bağlı əhaliyə yenidən xəbərdarlıq edib

3 dəq
Paylaş:
FHN soyuq və yağıntılı hava ilə bağlı əhaliyə yenidən xəbərdarlıq edib

Hazırda ölkə ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında soyuq, küləkli və yağıntılı müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə tədbirlərinə ciddi riayət olunması barədə təkrar müraciət edib.

bildirir ki, havaların kəskin soyuması fonunda qaz və elektrik qızdırıcılarından istifadə halları artıb.

Bu səbəbdən yanğın riskinin qarşısının alınması üçün nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsinə normadan artıq yük verilməməlidir. Eyni zamanda, işlək vəziyyətdə olan qızdırıcıların nəzarətsiz saxlanılması yolverilməz hesab olunur.

Azərbaycanda soyuq, şaxtalı hava şəraiti davam edəcək - Trend.Az

FHN xüsusilə dağlıq ərazilərdə yaşayan vətəndaşlara edərək, şaxtalı və qarlı havalarda imkan daxilində yaşayış məntəqələrini tərk etməməyi tövsiyə edir. Zərurət yarandıqda isə hərəkət marşrutu barədə yaxınlara əvvəlcədən məlumat verilməsi, avtomobillərin texniki vəziyyətinin mövsümə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatının təmin edilməsi vacib sayılır. Qar uçqunu riski olan ərazilərdən, eləcə də dik yamaclardan uzaq durmaq və qaranlıq düşməmiş geri qayıtmaq tövsiyə olunur.

Bununla yanaşı, güclü şəraitində yüngül və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq olmaq, elektrik dirəkləri, naqillər və hündür ağacların altında dayanmaqdan çəkinmək tövsiyə edilir.

Nazirlik küləyin yanğınların söndürülməsini çətinləşdirdiyini xatırladaraq, bu cür hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə diqqətli yanaşılmasını vacib hesab edir.

FHN bir daha xatırladır ki, təhlükəsizlik qaydalarına laqeyd münasibət insan həyatı üçün ciddi risk yaradır. Fövqəladə hallarla üzləşdikdə isə dərhal “112” qaynar xəttinə zəng etmək tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax