"İran dövlətinə və xalqına qarşı istənilən təcavüz dərhal və qətiyyətlə cavablandırılacaq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian deyib.
“Biz heç bir halda müharibəni qəbul etmirik, lakin İran dövlətinə və xalqına qarşı hər hansı təcavüz dərhal və qətiyyətli cavab alacaq”, - Pezeşkian qeyd edib.
Qeyd edək ki, İranın Ali Lideri Əli Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi Abdullah Hacı Sadeqi də bildirmişdi ki, İrana qarşı hər hansı bir təcavüz, Yaxın Şərqdəki ABŞ və müttəfiqlərinin bütün hərbi infrastrukturuna zərbə endirilməsi ilə nəticələnəcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana doğru nəhəng bir armadanın getdiyi bildirmişdi. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi də əhatə edən ədalətli və bərabər bir razılaşma imzalayacağına ümid etdiyini qeyd etmişdi.