Rusiyanın Kiyev şəhəri və Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində 12 nəfər həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, Kiyevdə 8 nəfər ölüb.
Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, ölənlərdən 7-si dəmir yolu əməkdaşı olub.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ölənlərdən birinin Hindistan vətəndaşı olduğunu bildirib.
Hücum nəticəsində 16 mərtəbəli binanın yuxarı mərtəbələri zədələnib və binada yanğın baş verib, hadisə nəticəsində yaralananların olduğu qeyd olunub.
Kiyev vilayətinin Borispol şəhərində isə daha 4 nəfər həlak olub. Burada bir müəssisə və beşmərtəbəli yaşayış binası hücuma məruz qalıb.
Kiyev və Kiyev vilayətinə kütləvi hücumların artıq altıncı gündür davam etdiyi bildirilir.
Rusiyanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində 7 nəfər yaralanıb, mülki infrastruktura ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyi isə Kiyev şəhəri və Kiyev vilayətində hərbi-sənaye, neft və enerji obyektlərinə, həmçinin Odessa vilayətindəki limanlara kütləvi zərbələr endirildiyini açıqlayıb. Nazirlik Kiyevdəki lokomotiv deposunun vurulduğunu təsdiqləyib.