Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ukraynaya kütləvi raket hücumları - 13 ölü, 31 yaralı

2 dəq
Paylaş:
Ukraynaya kütləvi raket hücumları - 13 ölü, 31 yaralı

ordusunun gecə saatlarından etibarən paytaxt Kiyev də daxil olmaqla ölkənin müxtəlif bölgələrinə həyata keçirdiyi raket hücumları nəticəsində azı 13 nəfər həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki,hücumlar nəticəsində 31 nəfər yaralanıb.

Kiyev meri Vitali bildirib ki, hücumlar yerli vaxtla saat 02:23-dən başlayıb və paytaxt raketlərlə hədəfə alınıb.

Onun sözlərinə görə, şəhərin iki rayonunda dağıntılar qeydə alınıb.

Dövlət Fövqəladə Hallar Xidmətinin açıqlamasına əsasən, Kiyevə edilən hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Kiyev vilayətinin Skıbin kəndinə endirilən zərbə zamanı isə 5 nəfər xəsarət alıb.

Dnepropetrovsk vilayətinin Raduşne kəndində baş verən hücum nəticəsində, o cümlədən 2 uşaq olmaqla 5 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Poltava vilayətindəki hücumda 1 nəfər ölüb, Lvov şəhərinə endirilən zamanı isə ən azı 8 nəfər yaralanıb.

Krivıy Riq Şəhər Müdafiə Şurasının sədri Oleksandr Vilkulun verdiyi məlumata görə, şəhərin kənarında yerləşən Novopil yaşayış məntəqəsinə raket hücumu nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub, 2-si uşaq olmaqla 8 nəfər yaralanıb.

Rəsmilər bəzi bölgələrdə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildiriblər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücumlardan əvvəl etdiyi çıxışda Rusiyanın gecə ərzində ölkəyə genişmiqyaslı hava zərbələri endirə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax