Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kiyevə kütləvi zərbələr, ölənlər var

2 dəq
Paylaş:
Kiyevə kütləvi zərbələr, ölənlər var

Rusiyanın Kiyev şəhəri və Kiyev vilayətinə endirdiyi nəticəsində 12 nəfər həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, Kiyevdə 8 nəfər ölüb.

Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, ölənlərdən 7-si dəmir yolu əməkdaşı olub.

Prezidenti Volodimir Zelenski isə ölənlərdən birinin Hindistan vətəndaşı olduğunu bildirib.

Hücum nəticəsində 16 mərtəbəli binanın yuxarı mərtəbələri zədələnib və binada yanğın baş verib, hadisə nəticəsində yaralananların olduğu qeyd olunub.

Kiyev vilayətinin şəhərində isə daha 4 nəfər həlak olub. Burada bir müəssisə və beşmərtəbəli yaşayış binası hücuma məruz qalıb.

Kiyev və Kiyev vilayətinə hücumların artıq altıncı gündür davam etdiyi bildirilir.

Rusiyanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində 7 nəfər yaralanıb, mülki infrastruktura ziyan dəyib.

Rusiya isə Kiyev şəhəri və Kiyev vilayətində hərbi-sənaye, neft və enerji obyektlərinə, həmçinin Odessa vilayətindəki limanlara kütləvi zərbələr endirildiyini açıqlayıb. Nazirlik Kiyevdəki lokomotiv deposunun vurulduğunu təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə