Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb

Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
27.05.2023 09:35
Aa
dəq

Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayonun Ərkivan qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fəzalət Əliyev “VAZ 2106” markalı avtomobildə saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 2 kiloqram 400 qramdan artıq heroin və 4 kiloqram 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı F.Əliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə F.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq hərəkətləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu