Martın 8-ci gününü yaşayırıq. Mart soyuqların bizi tərk etmədiyi, eyni zamanda da günəşin özünü göstərməyə başladığı aydır.
"Operativ Məlumat Mərkəzi-OMM" mart haqqında maraqlı məlumatları təqdim edir.
1. Adı Qədim Romadan gəlir.
Romada martın adı, Roma müharibə tanrısı olan “Martius” idi. Bu ay, müharibəyə başlamaq üçün uğurlu ay sayılırdı. Roma təqviminin ilk ayı idi.
2. Martın adı bir çox dildə eyni və ya oxşardır.
März (Maerz) (Almanca), Mars (Fransızca), Maris (Ərəbcə), Marzo (İspanca), Marzo (İtaliyanca), March (İngiliscə) ve Maart (Hollandca).
3. İlk bahar martdan başlayır.
Martın 21-də bahar ekinoksu gerçəkləşir. 21 martda Günəş işıqları Ekvatora dik olaraq düşür. Gündüz ilə gecə bərabərləşir, ölkəmizdə də həmin gün Novruz bayramı kimi qeyd olunur.
4. Hər il mart və iyunda həftənin eyni günündə bitir.
Məsələn, bu il 21 mart çərşənbə axşamı, 30 iyun da çərşənbə axşamı bitir.
5. Qış yuxusundakı heyvanlar martda oyanmağa başlayır.
Qış yuxusuna yatmış heyvanlar martda oyanmağa başlayır, eyni zamanda da pişiklərin cütləşməyə başladığı aydır.
6. Mart, Cənub yarımkürəsində sentyabr ayının əksidir.
Şimal yarımkürəsində mart baharın gəlişini təmsil edir, Cənub yarımkürəsində isə sentyabr baharın gəlişidir.
7. Statistikaya əsasən mart ABŞ-da ən gəlirsiz ay hesab edilir.
ABŞ-da NBA sezonunun başlaması səbəbi ilə şirkətlər bütün gəlirlərini “March Madness” adlı oyunlara yatırır.
8. Martda doğulmusunuzsa, doğum çiçəyiniz nərgiz gülüdür.
9. Tvitterin yaranma tarixi martdır.
Tvitter Jack Dorsey tərəfindən 21 mart 2006-cı ildə qurulub.
10. İlk telefon danışığı martda baş tutub.
10 mart 1876-cı ildə Alexander Graham Bell, ilk telefon danışığını həyata keçirib. Danışdığı ilk insan köməkçisi idi və ona “Mister Vatson, bura gəl. Səni görmək istəyirəm.” deyib.