Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rubio Meksikanın XİN rəhbəri ilə görüşdü

2 dəq
Paylaş:
Rubio Meksikanın XİN rəhbəri ilə görüşdü

ABŞ Marko Rubio Meksikanı qanunsuz miqrasiya, qaçaqmalçılığı və narkotik kartelləri ilə mübarizədə daha qətiyyətli addımlar atmağa çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Rubio Vaşinqtonda Meksikanın naziri Roberto Velasko Alvareslə görüşüb.

O, görüş zamanı qanunsuz miqrasiyaya son qoyulması, fentanil və digər qanunsuz narkotiklərin ABŞ-yə daxil olmasının qarşısının alınması, xarici terror təşkilatları və narkotik kartellərinin dağıdılması, eləcə də bu qrupların silahlardan məhrum edilməsi üçün qətiyyətli tədbirlər görülməsinə çağırıb.

Meksika Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında sahəsində , narkotik və silah qaçaqmalçılığı, həmçinin transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əldə olunan irəliləyişlər müzakirə olunub. Velasko isə əməkdaşlığın suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı məsuliyyətə və etimada əsaslanmasının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin qeyri-qanuni miqrasiya məsələsində əldə olunan nəticələri və ABŞ-də yaşayan meksikalıların miqrasiya prosesləri zamanı hüquqlarının qorunmasını müzakirə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə