Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mariya Zaxarova Makron haqqında yayılan iddiaları şərh etdi

1 dəq
Paylaş:
Mariya Zaxarova Makron haqqında yayılan iddiaları şərh etdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Makronla bağlı iddialara münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “Vesti” xəbər üçün aparıcı Malaxovla söhbətində danışıb.

Zaxarova ötən il Makronun təyyarədən düşərkən “sağ əlinin ilişib qalması” ilə bağlı hadisəni xatırladaraq bu cür iddiaları istehzalı şəkildə şərh edib.

O, gülərək “Bu dramın sonunu görmədik” ifadəsini işlədib.

Məsələ ilə bağlı suala cavab verən diplomat Malaxovdan ailəsində hər şeyin normal olub-olmadığını düşünüb-düşünmədiyini də soruşub.

Zaxarova bildirib ki, ailə məsələləri bağlı qapılar arxasında qalmalıdır və bu cür mövzuların ictimailəşdirilməsi düzgün deyil.

O, Makron və həyat yoldaşı ilə bağlı yayılan məlumatları “karikatura” adlandırıb.

Diplomat əlavə edib ki, belə mövzular daha çox satirik nəşrlər üçün uyğundur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax