İyunun 2-də səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BDU-nun Astrofizika kafedrasından bildirilib.
Qasırğanın gözlənilən gücü
Bildirilib ki, saat 9:00-dan sonra qasırğanın gücü 5, saat 12:00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür.
Maqnit qasırğalarının gedişatı
Yüksək coğrafi enliklərdə:
Saat 12:00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6–7, günün sonu üçün 3–4, iyunun 3-ü saat 03:00–12:00 aralığında isə 5–6 bal olacağı gözlənilir.
Orta coğrafi enliklərdə:
İyunun 2-də saat 15:00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.
Qasırğaların mənbəyi
Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə əsasən müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.